Sürücülərə ŞAD XƏBƏR: Noyabrın 1-dən... - VİDEO
Azərbaycan Mərkəzi Bankı (AMB) avtomobillərin icbari sığortası ilə bağlı yeniliyi təsdiqləyib.
“Minval.info”“Xəzər Tv”yə istinadən xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qayda”nı imzalayıb.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
Yeni qaydaya görə, bu il noyabr ayının 1-dən etibarən icbari qaydada sığortalanan nəqliyyat vasitəsinə dəyən ziyanı artıq qarşı tərəf deyil, sığortalandığı şirkət qarşılayacaq.
Daha sonra sığorta ödənişini həyata keçirən şirkət zərər vuran avtomobil sahibinin sığortaçısından ödənişi tələb edəcək. Başqa sözlə, avtomobilə dəyən ziyan avtomobil sahibinin öz sığorta şirkəti tərəfindən qarşılanacaq. Sonrakı proses sığorta şirkətləri arasında tənzimlənəcək.
“Minval.info”
https://youtu.be/ftCXXDPBPEc
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Dirilən Adam” serialı - Tezliklə AZTV-də (VİDEO)
Qadın müəllimin geyimi sosial mediada müzakirələrə səbəb oldu - VİDEO
SON DƏQİQƏ! Türkiyədə təyyarə qəzaya uğradı - Ölənlər var - VİDEO
