Elgiz Şəbnəm Tovuzlunu efirdə pərt etdi
Müğənni Şəbnəm Tovuzlu ARB TV-də yayımlanan “Səhər-səhər” verilişinin qonağı olub.
Minval.info xəbər verir ki, aparıcı Elgiz Əkbər ona qonaq münasibəti göstərməyiblər. O, müğənnini hər fürsətdə səhv çıxarmağa çalışıb. Belə ki, Ş.Tovuzlu tamaşıçının maraq dairəsi haqqında söhbət açarkən bildirib ki, ciddi sənət təqdim edərkən baxış sayı az olur. Ardınca müğənni “mən maşında özüm üçün gic-gic bir şeylər edəcəyəm, çəkib paylaşacağam, 150-200 baxış olacaq” sözlərini deyib.
Aparıcı Elgiz isə bunun qarşılığında “çünki oxumağınız maraqsızdır” cavabını verib. Daha sonra E.Əkbər verilişdə onun ifa etdiyi mahnını bəyənmədiyini dilə gətirib. Hətta öz təbirincə desək “həmişə ağzından vurduğu” Əli Mirəliyevin tərəfini tutub. Halbuki Mirəliyev bununla bağlı fikir bildirməmişdi. Bununla yanaşı Elgiz müğənniyə “siz niyə özünüz barədə yüksək fikirdəsiniz” sözlərini deyib.
Xatırladaq ki, son günlər Şəbnəm Tovuzlu qatıldığı verilişlərdə aparıcılar tərəfindən tənqid olunur.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım