17.01.2018 - 00:33
Maraqlı
48 baxış
Şamaxıda vulkan püskürdü (VİDEO)
Şamaxıda gecə saatlarında palçıq vulkanı püskürüb. Yaxınlıqda yaşayan sakinlər təşvişə düşüblər. Vulkan püskürməsi zamanı yerin altından xaric olan palçıq təxminən 10-15 metr hündürlüyə qalxaraq 1.5 hektara yaxın əraziyə yayılıb.İnsanlar gecə vulkanın gurultusuna oyanıblar.
Vulkan gecə saat 1 radələrində Şamaxı rayonunun Quşçu kəndində püskürməyə başlayıb və proses hazırda davam edir.
Kənd sakinləri deyirlər ki, onlar gecə vulkanın səsinə oyanıblar. Yaxınlıqda yerləşən yaşayış evlərinin sakinləri təşvişə düşüblər. Vulkan püskürməsi zamanı yerin altından xaric olunan palçıq təxminən 10-15 metr hündürlüyə qalxıb və 1,5 hektara yaxın əraziyə yayılıb.
Hazırda vulkanda qaynama və palçıq axma prosesi davam edir. Ərazidən qaz iyi gəlir. Kənd sakinləri deyirlər ki, bu vulkan sonuncu dəfə 2005-ci ildə püskürüb.
Rayon icra hakimiyyətinin nümayəndələri də kənddə olublar. Vulkanın püskürdüyü ərazilərə baxış keçirilib.
Təbiət hadisəsi zamanı evlərə ziyan dəyməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
06.10.2026 - 19:29
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
06.10.2026 - 16:34
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
06.10.2026 - 11:33
Dağıstanda keçi sürücüyə qisas aldı
04.10.2026 - 16:44
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
03.10.2026 - 16:07
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir
03.10.2026 - 09:28
Kanadada 51 il əvvəl itirilmiş pul kisəsi sahibinə geri qaytarıldı
01.10.2026 - 19:40