Şamaxıda şadlıq sarayında saxta içkilər aşkarlandı
Şamaxıda yerləşən “Şirvangöl” şadlıq sarayında aparılan yoxlama zamanı saxta içkilər aşkar edilib. Şadlıq sarayının sahibi Xəlilov Əyyub Allahverdi oğluna məxsus müəssisədə ciddi nöqsanlar üzə çıxıb.
Minval.info xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilən yoxlamada, saxtalaşdırma əlamətləri olan 72 ədəd “Sobranie” əmtəə nişanlı araq məhsulunun istehlaka təqdim edilməsinin qarşısı alınıb. Eyni zamanda, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
Yoxlamanın nəticələrinə əsasən, qanunvericiliyə uyğun olaraq inzibati tədbirlər görülüb və sözügedən məhsullar dövriyyədən çıxarılıb. Araşdırma çərçivəsində məhsullardan nümunələr götürülərək laborator müayinələrə göndərilib.
Hazırda araşdırmalar davam etdirilir və gələcəkdə bu kimi halların qarşısının alınması üçün tədbirlər görüləcəkdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Girnədəki gəmi qəzası: su keçirməz qapılar açıq qalıb
Nyu-York qubernatoru Kornel Universitetindəki hadisəni araşdırmağa çağırır
Ermənistanda azərbaycanlı əsgərə yeni ittihamlar irəli sürüldü
Ermənistanda saxlanılan əsgərə qarşı yeni cinayət işi açıldı
Şəmkir-Gədəbəy yolunda yük maşını dərəyə aşıb
Sumqayıtda şagirdlər evdən gətirilən şirniyyatdan zəhərləniblər
DİN rəqqasın həyat yoldaşını döyməsi ilə bağlı açıqlama verdi