02.10.2026 - 12:49
Sumqayıtda şagirdlər evdən gətirilən şirniyyatdan zəhərləniblər
Hadisə 1 baxış

Sumqayıtda şagirdlər evdən gətirilən şirniyyatdan zəhərləniblər

Sumqayıt şəhərində 36 nömrəli tam orta məktəbdə baş verən zəhərlənmə hadisəsi cəmiyyətin diqqətini çəkib. TƏBİB-in verdiyi məlumata görə, zəhərlənmə şübhəsi ilə 21 nəfər Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına yerləşdirilib. Zəhərlənənlərin arasında 17 kişi və 4 qadın var. Hazırda onların müalicəsi davam etdirilir və vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Minval.info xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) hadisəni dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb. Agentlik tərəfindən hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

İlkin araşdırmalar göstərir ki, zəhərlənməyə məktəbdə şagirdlərdən birinin evdən gətirdiyi və istifadə müddəti bitmiş şirniyyat səbəb olub. Araşdırmaların son nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, ötən gün Gəncə şəhərində də oxşar hadisə baş vermiş, Cəfər Cabbarlı adına məktəbin 7 şagirdi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: