Livan əsilli kolumbiyalı Şakira həm müğənni, həm söz yazarı, həm də rəqqasdır. Dünyaca məşhur ifaçı gənc yaşlarından Şərq dünyasına olan sevgisi ilə diqqət mərkəzindədir.
Minval.info xəbər verir ki, yeri gəldikcə, ifa etdiyi mahnılarda belə bəzən Şərq ritimlərindən də istifadə edən Şakira yenə medianın gündəminə düşüb.
Onun yaşadığı evin görüntüləri əmlakçı tərəfindən çəkilərək sosial mediada paylaşılıb.
Belə ki, onun istirahət otaqlarından birində Şərq guşəsi yaratdığı görünür. Otaq Şərq üslubuna yaxın bir üslubda duzayn edlib. Nargilə və otağın kənarındakı saz diqqətlərdən qaçmayıb.
Paylaşılan bu şəkil Şərqdəki heyranları tərəfindən çox bəyənilib.
Minval.info



































