Şahzadə Harri aktrisa sevgilisi Meqan Merkllə evlənəcək

Şahzadə Harri sevgilisi və amerikalı aktrisa Meqan Merkllə evlənəcək, şahzadə Harry-nin atası şahzadə Çarlz bəyan edib.
Taxt növbəsində beşinci yerdə olan şahzadə Harri xanım Merkllə gələn yaz aylarında evlənəcək və cütlük Kensington sarayında yerləşən Nottingham Cottage-də yaşayacaq.
ƏLAQƏLİ
Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"
2016-cı ildən bəri tanış olan cütlük bu ayın əvvəlində nişanlanıb.
Rəsmi bəyanatda şahzadə Harri nişanını “elan etməkdən çox şad” olduğunu və xanım Merklin valideynlərinin razılığını aldığını deyib.
Londonda keçirilən nişan barədə yalnız kraliça II Elizabeth və “digər yaxın qohumların” xəbəri olub.
Şahzadə Çarlzın iqamətgahı Clarence House-un yaydığı bəyanatda, həmçinin bildirilir ki, toy barədə əlavə məlumat “tezliklə bəyan ediləcək” (BBC).
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir