Saç insan həyatına təsir edən amillərdən biridir. O, yalnız gözəllik simvolu deyil, həmçinin özünü ifadə vasitəsi kimi də qəbul edilir. Hər bir insanın saç forması onun daxili keyfiyyətlərindən xəbər verir.
Elə tarixə nəzər salsaq, görərik ki, saç müəyyən tarixi dövrlərdə cəmiyyətlərin əsas ifadə tərzi olub.
Minval.İnfo saçın tarixdəki rolu haqda bəzi məlumatları təqdim edir.
Etibar simvolu kimi- Misirdə
Qədim Misirdə saç etibar simvolu kimi başa düşülürdü. Eramızdan əvvəl 1500-cü ildə Misirdə saç insanın etibarını, toplumdakı yerini və siyasi görüşünü ifadə edirdi. Xüsusuilə də pariklər önəmli çox rol oynayırdı. Onlar xüsusi ustalar tərəfindən hazırlanırdı və üzərinə qızıl tozu səpilirdi.

Güc rəmzi kimi- Keltlər
Eramızdan əvvəl 8-ci yüzildə Şimali Avropada yaşamış keltlər arasında uzun saçlar xüsusi məna daşıyırdı. Kişilər üçün uzun saçlar gücün simvolu, qadınlar üçün isə bərəkətin, məhsuldarlığın ifadə forması idi. Həm qadınlar, həm də kişilər saçlarını hörərək uclarına bəzəkli zinət əşyaları taxırdılar.

Müqəddəs Kitabda saç
Kişilərdə güc simvolu kimi qəbul edilən saç hətta müqəddəs kitab “İncil”də ə öz əksini tapıb. Belə ki, israillilərin Tanrısı Samson öz qeyri-adi gücünü uzun saçlarından alırdı. Bunu bilən isə təkcə fələstinli sevgilisi Delilah olur. Ancaq Samsonun Delilahın bacısına aşiq olması Delilahı hiddətləndirir. Bundan sonra Delilah intiqam almaq üçün Samsonun düşmənlərinə cəsusluq edir. Fələstinlilər gecənin birində Samsonun uzun saçlarını kəsirlər. Beləcə, samsonun gücü əlindən çıxır.

Saç azadlıq rəmzi kimi-Antik Yunanıstan
Antik Yunanıstanda saç davranış ifadəsi kimi simvolizə edilirdi. Belə ki, eramızdan əvvəl 500-400-cü ildə buruq saçlar yalnız günün modası deyil, həyat, azadlıq, üsyankarlığın simgəsi kimi qəbul edilirdi.

Saç evlilik əlaməti kimi
Uyğur türklərində saç qadınlar üçün mühüm əhəmiyyətə malikdir. Çünki qadının evli olub-olmamağı saçlarından bəlli olur. Məsələn, subay qadınlar saçlarını 11, 15, 17, 21 olmaqla tək-tək hörürülər.
Əgər saçlar ortadan ayrılaraq iki hörüklə hörülübsə, bu, həmin qadının evli olduğuna işarətdir.
Saçlarını tək hörüklə hörən qadınlar isə xoş qarşılanmır. Onlar digər insanların nəzərincə özlərinə ər axtaran qadın kimi dəyərləndirlir.

Etirazın simvolu kimi- Punk saçlar
Keçən əsrin ortalarında saç həm də etiraz vasitəsi idi. Belə ki, burjua həyat tərzinə etiraz əlaməti olaraq punkçular saçlarını müxtəlif formalarda kəsməklə müxtəlif rənglərlə boyayırdılar.

Qadın azadlığının simgəsi kimi- 1960-cı illər
1960-cı illərdə qadınların saç üslublarında fərqlilik yarandı. Onlar kişilərlə bərabər hüquqlu olduqlarını nümayiş etdirmək üçün saçlarını qısa kəsdirdilər. Beləcə, qısa, düz, sadə saçlar qadın azadlığının rəmzi kimi qəbul edildi.

Musiqidə saç
1967-ci ildə ilk dəfə Nyu Yorkda uzun saçlı musiqiçilər peyda olmağa başladılar. Onlar şəhərin küçələrində inqilabı ruhda mahnılarla çıxış edərək irqçilik, cinsiyyətçilik, şiddət kimi mövzulara qarşı çıxırdılar.

Leyla Əfqan
Minval.İnfo



































