
Martın 31-də Türkiyədə növbəti bələdiyyə seçkiləri keçiriləcək.
Minval.İnfo Qafqazinfo.az-a istinadən xəbər verir ki, seçki məntəqələrində 194 min 390 səsvermə qutusu qoyulub.
Məlumata görə, 57 milyona yaxın vətəndaşın səsvermə hüququ var.
Seçkilərdə 30 böyükşəhər bələdiyyəsi, 81 vilayət və 922 rayon bələdiyyəsinə aid 1389 yer uğrunda 8270 namizəd mübarizə aparacaq.
Təhlükəsizliyi qorumaq üçün 39 minə yaxın polisin xidmət aparacağı bildirilir.


































