Sabah paytaxtın əksər hissəsində qaz olmayacaq
Bakının Yasamal, Nəsimi və Xətai rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq.
“Azəriqaz” İB-dən Minval.İnfo-ya verilən məlumata görə, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə yeni çəkilmiş diametri 325 və 200 mm-lik polietilen orta təzyiqli yeraltı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, aşkar olunmuş qaz sızmalarının eləcədə qeyri-qanuni qoşulmaların ləğvi ilə əlaqədar, yanvar ayının 17-də saat 10:00-dan işlər yekunlaşanadək Xətai,Yasamal və Nəsimi rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Aparılan işlərin Abşeron rayonu Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş Güzdək, Aşağı Güzdək və Çiçək qəsəbələrinin qaz təchizatına təsir göstərməsi mümkündür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır