"Sənin arvadın kimdir? Mikrofonu başına çırpardım..." - Zaurun ünvanına ağır sözlər
Müğənni Günel Ələkbərova sərt mövqeyi ilə gündəmə gəlib. Onun bu sözləri qalamaqala yol açacağı istisna edilmir.
Minval.info xəbər verir ki, sənətçi öz verilişinə dəvət etdiyi sənət adamlarına qarşı qəribə zarafatlarıyla və atmacalarıyla fərqlənən aparıcı Zaur Kamalın növbəti dəfə qonağının bostanına daş atıb.
Z.Kamalın proqramına dəvət etdiyi rəqqasə, aktrisa Oksana Rəsulovaya verdiyi sual Günel Ələkbərovanı əməlli-başlı qəzəbləndirib. Belə ki, aparıcı aktrisadan övladının soyadını və atasının adını soruşub. Bu kadrlar isə sosial mediada paylaşılıb.
Günel Ələkbərova videonun şərh bölməsinə Zaur Kamalın sualına qəzəbini ifadə edib və onun ünvanına ağır sözlər söyləyib:
“Adama deyərlər, sənə nə? Hansı amil səni məcbur edir ki, camaatın uşağının atasının kim olduğunu soruşursan? Səndən soruşan var, arvadın kimdir, kimlərdəndir? Bəsdir, başını həyasızcasına başqasının həyatına soxdun. Oksana yeni ana olub. Özünə nə əl qatmısan? Əsas yaxınları, doğmaları bilir ki, atası kimdir. Reytinqini başqa şeylə tut. İnsanların şəxsi həyatına qarışma. Yoxsa mənim uşağımın atası kimi o da gəlib canlı efirdə səni tutub… Nəysə… Gərək elə o vaxt mənə də “uşağının atası kimdir” sualını verəndə canlı efirdə mikrofonu təpənə çırpardım ki, başqa xanım sənətçiyə bu sualla müraciət etməyəsən. Orda olan qonaqlara və bizə baxan tamaşaçılara xatir sakit dayandım”.
Samir Mirzə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
