“Eurovision” təmsilçimiz Səmra Rəhimli Türkiyədə istirahət edir.

“MediaPost”un əldə etdiyi məlumata görə, ifaçı tətilə tək getməyib. Onun yanında sevgilisi, fitness-model və treyner Fövqi Əfəndi də var. Cütlüyün istirahət etdiyi hotel bölgənin tanınmış məkanlarından sayılır. Səmrayla Fövqi ayrı-ayrı yerlərdən şəkillər paylaşaraq diqqəti yayındırmaq istəsə də, onları eyni yaxtada çəkdirdiyi fotolar ələ verib.

img

Cütlüyün digər paylaşımlarından ayrı-ayrı vaxtlarda da birlikdə istirahət etdiyi məlum olub.

img

Qeyd edək ki, Səmrayla Fövqinin sevgili olduqları barədə xəbər ilk dəfə 2017-ci ilin avqustunda çıxıb. Müğənni isə yayılan iddiaların əsassız olduğunu söyləyib.

Pərviz Hüseyn / “MediaPost”

img
img
img
img
img
img
img
img
img
img