İngiltərədə bir ata oğlunu cəzalandırmaq məqsədilə yağışın altında qaçmağa məcbur edib və bunu videoya çəkib.
Videonu sosial şəbəkədə paylaşan ata bunları deyib: “Mənim oğlum məktəb avtobusunda başqa uşaqlara sataşdığına görə avtobusdan qovulub. Mən belə şeylərə qəti qarşıyam, buna görə də oğlumu cəzalandırıram”.
Video bir çoxlarının etirazına səbəb olub.
Tamerlan Mehdi
Minval.İnfo


































