ABŞ Prezidenti APEC sammitində gözləri bağlı halda görüntüləndi
Çinin Şıncın şəhərində keçirilən 33-cü Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) Sammitində ABŞ Prezidenti Donald Trampın gözləri bağlı halda kameralara tuş gəlməsi dünya mediasında geniş müzakirələrə səbəb olub. Çin Dövlət Başçısı Şi Cinpinqin çıxışı zamanı baş verən bu hadisə sosial mediada sürətlə yayıldı.
Minval.info xəbər verir ki, “Republicans Against Trump” (Trampa Qarşı Respublikaçılar) adlı hesab görüntüləri paylaşaraq, “Dünya səhnəsində UTANÇ: Donald Tramp Çindəki APEC Sammitində uyuyub” ifadələrini işlədib. Bu paylaşım qısa müddətdə geniş izləyici kütləsinə çatıb.
Kaliforniya Valisi Qavin Nyusomun mətbuat ofisi də bu görüntüləri təkrar paylaşaraq, “Dünya ona gülür” şərhini edib. Bu hadisə, Trampın beynəlxalq tədbirlərdəki davranışlarına dair yeni müzakirələrə yol açıb.
BBC-nin də internet səhifəsində bu görüntülər “APEC-də Şi danışarkən kameralar Trampı gözləri bağlı şəkildə görüntülədi” başlığı ilə yayımlanıb. Trampın həmin anda həqiqətən yuxuya getdiyi, yoxsa sadəcə gözlərini dinləndirdiyi ilə bağlı rəsmi bir açıqlama verilmir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İngiltərə-Türkiyə müdafiə əməkdaşlığında yeni mərhələ
Fransanın Comté pendiri 2026 Dünya Pendir Mükafatlarında birinci oldu
Tramp və Si Cinpinin Rusiya üzərində rəqabəti: üstün kim olacaq
Banqladeşin keçmiş lideri Məhəmməd Yunusun evinə od vurulub
Rusiya, Çin və ABŞ liderləri sülh bəyannaməsi imzaladılar
9 il sonra müsəlmanların sayı xristianları ötəcək
APEC sammiti, GTA VI təqdimatı və Beaujolais parade