Rusiyadan Pavel Durova ŞOK İTTİHAM – Terrorçular siyahısına salındığı bildirilir
Pavel Durovın Rusiyanın Maliyyə Monitorinqi Xidmətinin (“Rosfinmonitorinq”) terrorçular və ekstremistlər siyahısına daxil edildiyi iddia olunur. Minval.info xəbər verir ki, yayılan məlumata görə, Rusiya hüquq-mühafizə orqanları ona terror fəaliyyətinə yardım ittihamı irəli sürüb.
İddiaya əsasən, ittihamın səbəbi “Dayvinçik/Leo” botunun fəaliyyəti ilə əlaqələndirilir. İstintaqın versiyasına görə, Ukrayna xüsusi xidmət orqanları həmin bot vasitəsilə gənc Rusiya vətəndaşlarını təxribat xarakterli fəaliyyətlərə cəlb etməyə çalışıblar.
Məlumatda bildirilir ki, son bir il ərzində Rusiyanın müxtəlif regionlarında bu iş üzrə əlaqəli olduğu iddia edilən, yaşı 12-22 arasında olan 46 nəfər saxlanılıb.
Rusiya rəsmilərinin səsləndirdiyi ittihamlarla bağlı Pavel Durov və ya Telegram tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
DSÖ-nün Antalya COP31-də iqlim və sağlamlıq əlaqəsinə diqqəti
ABŞ-da seçki nəticələri: Böyük məğlubiyyətin səbəbləri
ABŞ-da demokratlar qubernator seçkilərində böyük zəfərlər qazandı