Xalq artisti Röya Ayxan gənc ifaçı Minaya dəstək olub.
Minval.info xəbər verir ki, sənətçi Minanın Əməkdar artist Aygün Bəylərin repertuarından olan “Özün günahkarsan” adlı mahnını ifa etməsini təqdir edib. Röya “Gözəlim, sən mənim səsim oldun, mənim gələcəyim oldun. Çünki qadın elə qadındır. Biri həmin tonda hayqırar, biri həmin tonda danışar, mənim üçün sənət sənsən! Gələcəyimin tarixi, əsəri yaradanlar canımızdır, amma əsəri yaşadan gələcəkdir. Afərin!” deyə, yazıb.

İfaçı isə ona “Sizdən dəstək almaq məni çox sevindirdi, gözlənilməz oldu. Ağladım. Sizin kimi ulduzun məni paylaşmağı stimul verdi, çox sağ olun, Xalq artistimiz” sözləri ilə cavab verib.
Lakin Röyanın fikirləri sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Çoxu sənətçinin Minaya dəstəyini “ikibaşlı” qarşılayaraq müğənninin ifaçı vasitəsilə düşmən olduğu Aygün Bəylərə nə Minanın xalası qızı Elnarə Xəlilovaya söz atdığını bildirib.


































