Ronaldonun gözlənilməz toyu: Fanatlar niyə məyus oldu?
Kriştiano Ronaldo və Corcina Rodrigesin toyunun avqustun 8-də Madeyranın Funşal şəhərində baş tutacağı ilə bağlı yayılan xəbərlər böyük maraq doğurdu.
Minval.info xəbər verir ki, həmin gün Funşal Kafedralının önündə təxminən 2 min nəfər toplaşaraq, toy mərasimini izləmək üçün telefonlarını hazır vəziyyətə gətirmişdi. Lakin gözlənilən gəlin Corcina Rodriges yox, Nikol adlı bir xanım idi və o, Fabio adlı şəxslə nikah bağladı.
Bu vəziyyət Ronaldonun toyunu izləmək üçün gələn fanatlarda böyük məyusluq yaratdı. Sosial şəbəkələrdə isə Ronaldonun toyuna dair saxta məlumatlar və süni intellektlə hazırlanmış görüntülər yayıldı. Həmin görüntülərdə Lionel Messi, Neymar, Kilian Mbappe və Lamin Yamalın toyda iştirak etdiyi göstərilirdi.
Hal-hazırda Kriştiano Ronaldo və Corcina Rodrigesin toyunun nə vaxt və harada keçiriləcəyi ilə bağlı rəsmi bir açıqlama yoxdur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım