Ronaldo toyu deyilən mərasimdə sürpriz gəlin: Minlərlə azarkeş kilsəyə axın etdi
Futbol dünyasının məşhur siması Kriştiano Ronaldo ilə əlaqəli toy xəbəri Madeyrada böyük bir anlaşılmazlıq yaratdı. İddialara görə, Ronaldo sevgilisi Corcina Rodrigeslə bu həftəsonu Funşal Katedralında evlənəcəkdi.
Minval.info xəbər verir ki, bu xəbərə inanan 2 mindən çox azarkeş kilsənin qarşısına toplaşdı. Lüks “Rolls-Royce” avtomobili kilsəyə yaxınlaşdıqda isə izdiham daha da böyüdü. Fanatlar avtomobildəki qadının Corcina olduğunu zənn edərək maşını əhatəyə aldılar.
Lakin qısa müddət sonra avtomobildəki qadının Corcina Rodriges olmadığı, Fransada yaşayan və Madeyraya evlənmək üçün gələn Fatimə Nikol Kunha Teyşeyra olduğu məlum oldu. O, Fabio Ramosla ailə qurdu.
Toy mərasiminə gələn qonaqlar izdihamın arasından keçməkdə çətinlik çəkdilər. Katedralın keşişi Markuş Qonsalves də cütlüyün Ronaldo və Corcina ilə heç bir əlaqəsinin olmadığını açıqladı.
Hadisəyə Kriştiano Ronaldo da reaksiya verdi. Yerli “Jornal da Madeira” qəzetinin izdihamın görüntülərini paylaşdığı posta futbolçu beş gülüş emojisi ilə şərh yazdı.
Xatırladaq ki, Kriştiano Ronaldo və Corcina Rodriges 2016-cı ildən bəri münasibətdədirlər. Cütlük 2025-ci ilin avqustunda nişanlandıqlarını açıqlayıb, lakin toylarının vaxtı və yeri ilə bağlı rəsmi məlumat hələ verilməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım