Rihanna Türkiyədə ad savaşını qazandı: 'RIANNA' markası tarixə qovuşdu
Dünyaca məşhur müğənni Rihanna, Türkiyədə onun adına bənzər şəkildə qeydiyyatdan keçirilmiş ‘RIANNA’ markasına qarşı açdığı məhkəmə işində qalib gəlib.
Minval.info xəbər verir ki, Rihanna öz markasını Türkiyə bazarında təqdim etdikdən sonra, ‘RIANNA’ adlı yerli bir markanın mövcudluğu ortaya çıxıb. Müğənninin hüquqşünasları, adların çox bənzədiyini və bu səbəbdən istehlakçıların onları qarışdıra biləcəyini iddia edərək məhkəməyə müraciət ediblər.
Məhkəmə prosesində ‘RIANNA’ markasının sahibi, adın ərəb mənşəli olduğunu və ‘gözəl qoxu’ mənasını verdiyini bildirərək iddiaya qarşı çıxıb. Lakin məhkəmə, yazılışdakı kiçik fərqlərə baxmayaraq, iki markanın istehlakçılar tərəfindən qarışdırıla biləcəyinə qərar verib. Nəticədə, ‘RIANNA’ markasının qeydiyyatı ləğv edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım