“Nanə çox qəribə insandır. İnsanı nə qədər çox istəsə də, hovludur. “Salam” verirsən, deyir, “nə?”. Kobud, sərt olsa da, qəlbi yumşaqdır”.
Axşam.az xəbər verir ki, bu sözləri AzTV-nin bədii rəhbəri, teleaparıcı Ranar Musayev “MTV Azərbaycan”da yayımlanan “Söhbətsiz” verilişində deyib. Aparıcı Samir Bayramlı Ranara həmkarları ilə bağlı suallar ünvanlayıb.
Musayev “Hüsniyə Məhərrəmova dostumdur. Ola bilsin bir-birimizə nifrət edək, dalaşaq, amma dostuq. Canımın bir parçasıdır. Kamilə Babayeva ilə bağlı da eyni sözü deyə bilərəm” sözlərini söyləyib.
Aparıcı Xoşqədəm Hidayətqızının adını eşidən də isə Ranar sərt sözlər söyləyib və bunları deyib:
“Bir aparıcı ki, qonağına “Dimedrol” iynə vurdurur ki, ayaqları tutulsun və reytinq xatirinə gəzə bilən insan gəzməsin, şou eləsinlər… O insan insan ola bilərmi?”.
Xalq artisti Aygün Kazımovanın yaradıcılığının 40 illiyinə həsr olunan “Best of AYGUN 40” albomunda müğənni Yaşar Yusub da yer alıb. Minval.info xəbər verir ki, sənətçi layihədə Kazımovanın məşhur “Bir gecəlik” hitini yeni tərzdə səsləndirib. Y.Yusub ifasını Azər Cəfərin rejissorluğu ilə süni intellekt texnologiyaları əsasında ekranlaşdırıb. Müğənninin ifa etdiyi mahnının aranjimanı Vüsal Həsənova, mix-masterinqi isə “Toufan […]
Avroviziya təmsilçimiz Dilarə Kazımova və müğənni Fərid Mərd yeni duet layihələri ilə tamaşaçıların qarşısına çıxıblar. Minval.info xəbər verir ki, ifaçıların birgə təqdim etdiyi mahnı “Sevəcəm” adlanır və bəstəsi Fərid Mərdə məxsusdur. Melanxolik bir sevgi hekayəsini əks etdirən bu mahnıya klip də çəkilib. Ekran işinin rejissoru Elvin Süleymanovdur. Klip artıq məşhurların rəsmi YouTube kanalında yayımlanıb.
Bəstəkar-müğənni Murad Arif yeni işini təqdim edib. Minval.info xəbər verir ki, “mini-film”də baş rolu Azərbaycanın Xalq artisti Səidə Quliyeva ifa edir. Aktrisanın iştirakı layihənin dramatik gərginliyini və emosional miqyasını daha da gücləndirir. Klipin rejissoru Delee, ssenari müəllifi isə Murad Arifdir. Layihə haqqında danışan Murad Arif bildirib: “Bu günün insanı sonsuz bir xaosun içində yaşayır- işlər, […]
Xalq artisti Miri Yusif musiqisi özünə, sözləri Orxan Abbasov və Emin Məmmədova məxsus “Üzbəüz” layihəsini təqdim edib. Süni intellektlə hazırlanmış layihə sənətçinin rəsmi YouTube kanalında və bütün əsas musiqi platformalarında yayımlanıb. Klip real hadisələr əsasında çəkilib və ssenarinin müəllifi də Miri Yusifdir. Ekran işində diqqətçəkən məqamlardan biri baş rolda Xalq artistinin oğlu Mir Hüseynin simasından […]
Rəqqasə Rəna Ağamuradova (Renka) uzun fasilədən sonra yeni ekran işi ilə səssizliyini pozub. Minval.info xəbər verir ki, sənətçi bu dəfə fəlsəfi məzmunlu “Cənnətdən qovulmuş mələk” adlı layihəsini təqdim edib. Ekran işində həyatın fərqli yönlərinə toxunan Renka “mələk” obrazında tamaşaçı qarşısına çıxır. Tarixi məkanda lentə alınan çəkilişlərdə rəqqasə iri qanadları ilə diqqət çəkir. Onun üçün çəkisi […]
“Fəlakət” obrazı ilə tamaşaçıların yaddaşında iz qoyan aktyor Elşən Orucov “Könüllü danış” layihəsinin növbəti qonağı olub. Səmimi və maraqlı söhbət zamanı aktyor həm televiziya sahəsində baş verən dəyişikliklərdən, həm də şəxsi və yaradıcılıq həyatından danışıb. Verilişdə o, yerli televiziyalarda yayımlanan bəzi proqramların səviyyəsi və bayağı məzmun mövzusu barədə fikirlərini bölüşüb. Söhbət zamanı Elşən Orucov yeni layihələrindən də […]
Türkiyədə fəaliyyət göstərən aktrisa Elif Aysel Nazim ilə aktyor Azər Aydəmir 11 il sonra bir araya gəlib. 11 il öncə “Sənin deyil” serialında tərəf müqabili olan sənətçilər yeni işbirliyi üçün görüşüb. ““Azərlə “Çingene kızı” filmimin qalasında görüşmüşdük. O görüş qısa olmuşdu. Bu dəfə Bakıya gəlişimdə bir araya gəldik, ətraflı danışdıq. İkimizin də ağlında bir film […]
Hitmeyker Murad Arif və Azərbaycanın Xalq artisti Brilliant Dadaşova “Cin Atı” adlı yeni kliplərini təqdim ediblər. Minval.info xəbər verir ki, mahnının müəllifi Murad Arifin özüdür. Klipin rejissoru isə Delee Orucludur. “Cin Atı” xarakterli və ironik ovqatlı hekayə üzərində qurulub və sənətçilər zombi ər-arvadı canlandırıb. Klipin əsas səhnələri qotik üslubda hazırlanmış qalada baş verən şam yeməyi […]
Azərbaycan yeraltı rep səhnəsinin ən parlaq simalarından biri olan Xpert (Şəhriyar Atababayev) uzun fasilədən sonra yeni albom xəbəri ilə gündəmə gəlib. Bir nəslin formalaşmasında mühüm rol oynamış sənətçi “Qafiyəni Saxladılar” adlı albomu ilə dinləyicilərini sevindirib. Alboma həsr olunan promo videoda ustad şair Məhəmmədhüseyn Şəhriyarın misralarına, eləcə də müasir meyxana sənətinin tanınmış nümayəndələrinin səsindən səslənən nümunələrə […]