Sentyabırın 1-dən  etibarən Covid pasportu olmadan demək olar ki, heç yerə girmək olmayacaq.

Operativ Qərargahın keçirdiyi sonuncu brifinqdə verilən qərara əsasən 01.09.2021-ci ildən etibarən yalnız Covid-19 pasportu olan şəxslər restoran, mehmanxana, ticarət mərkəzlərinə buraxılacaqlar.

Yeni qərarın verilməsinin ardından “Minval.info”-un əməkdaşları bir neçə restoranlar ilə əlaqə saxlayıb bu qərara münasibətlərini və hazırlıq proseslərini öyrəniblər.

Pandemiya qaydalarına son dərəcə diqqət yetirdiklərini deyən “Salam Baku”-un məsul şəxsi Ayaz  Tağızadə və “Qaynana milli restoran”ın məsul şəxsi Rəşad Dadaşov  deyir ki, “Çox düzgün qərardır, bunun sayəsində yoluxma sayı daha da azalar. Hazırlaşmağa gəldik də isə, girişdə bununla bağlı məsul şəxs olacaq, o, vaksin pasportlarını yoxlayacaq və inanırıq ki, müştərilər bu məsələyə ciddi yanaşıb anlayışla qarşılayacaqlar”.

 

“Bürc Qala” restoranın məsul şəxsi Rail Qasımov isə deyir ki, “Sağlamlıq cəhətdən çox doğru qərardır və bu, pandemiyaya müsbət təsir göstərər bilər. Lakin insanların bu qərara adaptasiya olana və hər bir müştərinin vaksin pasportu olana qədər çətinlik çəkəcəyik.

Yeni qərara hazırlaşmağa gəldik də isə, Operativ Qərargahdan təklif və ya sistem üzərində işin getməsini gözləyirik. Bizi yeni qərar barəsində məlumat verib, maarifləndirsələr, pasport yoxlanması üçün məsul şəxs təyin etsələr çox yaxşı olar”.

 

“Qonaq Baku” restoranının məsul şəxsi Bahadır Uyquner isə deyir ki, “Çox gözəl qərardır, bu qərar sayəsində hər kəs vaksin prosesindən keçəcək. Müştəriləri yoxlaması üçün məsul şəxs təyin edəcəyik. O, yoxlayacaq və vaskinasiya olunmuş şəxslər restorana daxil ola biləcək”.

 

Yeni qərarla bağlı Bakı sakinlərinin də fikrini aldıq. Lalə Salamova deyir ki, bu qərardan sonra restoranlara daha rahat gedəcək: “Çünki əmin olacağam ki, məkanda olan müştərilər də vaksin olunublar və təhlükə yoxdur. İndi kimin covid olduğu bilinmir. Bəzi məkanlarda ümumiyyətlə yoxlama olmur, yola verirlər. Yeni qərarı bəyəndim”

Ləman Cavadova

Minval.info