Pol Poqba “Mançester Yunayted”i mövsüm sonu tərk edə bilər
Bunu Mançester təmsilçisinin keçmiş kapitanı Pol İns deyib. Minval.İnfo kluba böyük ümidlərlə transfer olunan fransalı ulduz heç cür özünü doğrulda bilmir.
Qırmızı şeytanların keçmiş kapitanı Poqbanın oynadığı mövqedən narazı olduğunu qeyd edib. Joze Mourinyonun onu müdafiəyə meyilli oynatmasından şikayətçi olan fransalı ulduz, daha hücuma meyilli mövqedə oynamaq istəyir.
Pol İns Jozenin Poqbanı daha hücuma meyilli mövqedə oynatmaması halında komandanı tərk edə biləcəyini deyib.
Poqbanın yeni klubu isə “Real Madrid” ola bilər. İddialara görə, “Real” yayda “Mançester Yunayted”ə müraciət edəcək. “Kral Klubu” 2021-ci ilədək müqaviləsi olan futbolçu üçün 120 milyon funt-sterlinq (170 milyon avro) təklif edəcək.
Qeyd edək ki, “Mançester Yunayted” Poqbanı 2016-cı ildə “Yuventus”dan 105 milyon avroya transfer edib. Həmin vaxt bu transfer rekordu hesab olunurdu.
Tamerlan Mehdi
Minval.İnfo

































