Real Madrid-in sabiq prezidenti Fernando Martin Alvares koronavirusa yoluxub.
Goal.az xəbər verir ki, 72 yaşlı biznesmen Madrid xəstəxanalarından birinin intensiv terapiya şöbəsinə yerləşdirilib.
Alvares 2016-cı ilin fevralında Florentino Peresin istefasından sonra klubun müvəqqəti prezidenti təyin olunub.
Bir neçə gün əvvəl koronavirus infeksiyasından Real Madrid-in daha bir prezidenti Lorenso Sanz 76 yaşında ikən vəfat edib.

































