Bu gün ölkənin ilk musiqi telekanalı olan MTV Azərbaycan 7 yaşını qeyd edir.

Minval.info xəbər verir ki, 2012-ci ildən internet kanalı kimi fəaliyyətə başlayan MTV artıq peyk yayımına çıxıb. MTV ölkənin əsas musiqi telekanalıdır və 1 ildir ki, prezidenti müğənni Rəhim Rəhimlidir.

Bu gün onun ilk dəfə MTV-dəki kabinetindən fotosu yayılıb. Şou-biznes nümayəndələri həm ifaçını, həm də telekanal əməkdaşlarını təbrik ediblər. Biz də öz növbəmizdə Rəhim Rəhimli başda olmaqla, MTV kollektivini təbrik edir, onlara uğurlar arzu edirik.