PSJ-nin səhmdarı olan “Qatar Sports Investments” fondu daha bir klubu almaq istəyir.
Qol.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, “Roma” ərəblərin hədəfindədir.
2011-ci ildən PSJ-nin səhmdarı olan fondun Roma təmsilçisinə 400 milyon avro təklif etdiyi bildirilir. Ancaq klubun sahibi Ceyms Pallotta bu təklifdən imtina edib.
Qeyd edək ki, 2021-ci ilədək “Roma”ya “Qatar Airways” şitkəri sponsorluq edəcək.

































