Qurban Qurbanovdan məğlubiyyət şərhi
Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” III təsnifat mərhələsinin cavab matçında Kiprin APOEL klubuna 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
“Qafqazinfo” xəbər verir ki, oyundan sonra açıqlama verən Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məğlubiyyəti şərh edib.
“Əfsuslar olsun ki, oyunu əldən verdik. Futbolçularım həddindən artıq əziyyət çəkdilər. Çox bəsit qollar buraxdıq. Yüz faizli qol imkanlarından istifadə edə bilmədik. Buna baxmayaraq, futbolçularıma təşəkkür edirəm. Üç komandaya qarşı ağır oyun keçirdik. Texniki səhvlərimiz çox oldu. Qarşıdakı oyunlara baxacağıq”.
Qeyd edək ki, komandaların Kiprdə keçirilən oyunu “Qarabağ”ın 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çempionlar Liqasında bu günün oyunları - SİYAHI
Neymar məğlubiyyətdən sonra göz yaşı tökdü - FOTO/VİDEO
Tanınmış memardan həyəcan təbili: "Abşeron yarımadası çat verə bilər..."
Bakı Şəhər İcra Hakimiyyəti ləğv edilib, yeni qurum yaradılır? - AÇIQLAMA