Qubada qardaşlar robot hazırladı - Fotolar
Qubanın Amsar kəndində yaşayan Ramazanov qardaşları hidravlik üsulla idarə olunan robotlar düzəldirlər.
Minval.İnfo Azərtac-a istinadən xəbər verir ki, 15 yaşlı Hüseynin və ondan iki yaş balaca qardaşı Emilin fizika fənninə böyük maraqları var.
Onlar birlikdə müxtəlif texnikaların iş prinsipinə baxaraq hidravlik robot və qaldırıcı qurğu düzəldiblər. Bu işə yeni başladıqlarından hələ ki, iş prinsipi sadə olan qurğular üzərində çalışırlar. Qardaşlar robotları düzəltmək üçün müxtəlif ölçülü şprislər, yapışqan və kartonlardan istifadə ediblər. Hidravlik üsulla idarə olunan bu robotlar vasitəsilə əşyaları yerindən götürərək kənara qoymaq mümkündür.
ƏLAQƏLİ
Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"
Ramazanov qardaşlarının hazırladıqları qurğular məktəblərində və rayon miqyasında keçirilən sərgilərdə maraqla qarşılanıb.
Minval.İnfo


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir