Bu gün, sentyabrın 7-də bir qrup şəxs Prezident Administrasiya qarşısında etiraz aksiyası keçirməyə cəhd edib.
Toplum TV-nin hadisə yerində olan əməkdaşı bildirir ki, İçərişəhər metrostansiyasının yaxınlığından Prezident Administrasiya önünə yürüş keçirilib. Qeyri-döyüş şəraitində ölən hərbi qulluqçuların yaxınları onlara şəhid statusunun verilməsini tələb ediblər.
Etirazçıların qarşısını polis kəsib, bundan sonra onlar oturaq aksiya keçiriblər.

































