Qəbələdə reabilitasiya mərkəzi əməkdaşları üçün maarifləndirmə tədbiri keçirildi
Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzi Qəbələ şəhərində yerləşən Uşaq Reabilitasiya Mərkəzində maarifləndirmə tədbiri təşkil edib. Tədbirin mövzusu “Fövqəladə hallarla bağlı davranış qaydaları” olub.
Minval.info xəbər verir ki, tədbirin məqsədi əlilliyi olan şəxslərin fövqəladə hallar zamanı təhlükəsizliyinin təmin edilməsi və təxliyəsinin təşkili idi. Burada iştirak edənlərə yanğın və digər təhlükələrlə bağlı əsas davranış qaydaları öyrədilib.
Tədbirdə FHN-in Şimal-Qərb Regional Mərkəzinin, Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin əməkdaşları iştirak ediblər.
Çıxışlarda fövqəladə halların təsnifatı, yanğın və zəlzələ zamanı əlilliyi olan şəxslərin qorunması ilə əlaqədar müvafiq davranış qaydaları izah olunub. Eyni zamanda, FHN-in “112” qaynar telefon xəttinin funksiyaları barədə məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ədliyyə polkovnikinin general-mayor rütbəsi alması
Prokurorluq əməkdaşları xüsusi xidmətlərinə görə təltif edilib
Bakının bəzi ərazilərində elektrik enerjisi kəsiləcək
Formula 1 yarışları üçün bağlanan küçələrdə hərəkət yenidən başladı
Xankəndidə Zəfər parkına yürüş təşkil edildi
Deputatla qarpız satıcısı arasında gərginlik: bıçaq insidenti