Qazi Asim Bağırovun əlillik mübarizəsi: Xəstəxana ilə qalmaqal
İkinci Qarabağ müharibəsinin iştirakçısı Asim Bağırov, əlillik statusunun yenidən qiymətləndirilməsi prosesində çətinliklərlə üzləşdiyini bildirir. 2020-ci il oktyabrın 2-də döyüşlərdə ayaqlarından qəlpə yarası alan A.Bağırov, 2021-ci il sentyabrın 27-də 5 il müddətinə əlillik statusu alıb. Lakin Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında keçirilən Komissiya onun müraciətinə mənfi cavab verib.
Minval.info xəbər verir ki, A.Bağırov bütün lazımi sənədləri topladığını və müayinələrdən keçdiyini, lakin Komissiyanın ona imtina aktı tərtib etdiyini qeyd edir. O, bu qərarın qanunsuz olduğunu düşünərək, xəstəxana rəhbərliyinə müraciət edib, lakin müsbət cavab ala bilməyib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Həkim Məsləhət Komissiyası tərəfindən aparılan qiymətləndirmə nəticəsində mövcud tibbi göstəricilərin əlilliyin qiymətləndirilməsi meyarlarına uyğun olmadığı müəyyən edilib. Bu səbəbdən, vətəndaşa tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Cem Yılmazın səhhətində problem: Xəstəxanaya yerləşdirildi
Könül Kərimova və Təranə Qumral barışdı
Günel Zeynalovanın bağda ayağı zədələndi
Qumralın qızı Nesliham UNEC tələbəsi oldu
Silvestr Stallonenin qızı Sofiya nişanlandı
Kerem Bürsin boyun əməliyyatı keçirdi: Son vəziyyət
Ceyda Düvenci yenidən nikah masasında!