İspaniya Futbol Federasiyasının İntizam Komitəsi “Real”ın futbolçusu Qaret Beyli cəzalandıra bilər.

La Liqa qurumdan uelsli oyunçunun ölkə çempionatında “Atletiko” ilə matçda (3:1) təhqiredici hərəkətinin araşdırılmasını xahiş edib.

Bildilir ki, komitə Beylin jestinin “Atletiko” azarkeşlərinə etdiyi qənaətinə gəlsə, o zaman oyunçuyu 4-12 oyunluq cəzaladırıla bilər. Əgər bu jestin rəqib komandanın azarkeşlərinə ünvanlanmadığı hesab edilsə, onun cəzası 1-3 oyun ola bilər.

Xatırladaq ki, qarşılaşmanın hakimi Martines Munuera protokolda Beylin bu hərəkətini qeyd etməyib. qol.az