Qarabağ döyüşçüsünə qarşı biganəlik: "Zülm çəkirik..."
Görmə qabiliyyətini itirən müharibə veteranına biganə yanaşılır.
Minval.info xəbər verir ki, Samux rayonu sakini Tahirə Orucova yaldaşına qarşı münasibətdən şikayətçidir. Eyni zamanda o, sosial durumlarının ağır olduğundan narazıdır.
Belə ki, yoldaşı Orucov Qabil Qarabağ uğrunda gedən döyüşlərdən sonra bir gözü tutulub. Müəyyən müddətdən sonra müharibə veteranının ikinci gözü də görmə qabiliyyətini itirib.
Tahirə xanım yoldaşına 1-ci qrub əlillik verilməməsindən narazıdır. O, bildirik ki, Samux Rayon Mərkəzi Xəstəxanası Qabil Orucova məsələyə biganə yanaşır. Hətta deyilib ki, onun gözünün görmə qabiliyyəti bərpa oluna bilər.
“Zülm çəkirik, bir yerdə işləmirik. 4 övladım var, qızlarımı köçürmüşəm, oğlum hərbi xidmətdədir. Yoldaşım və mən şəkər xəstəsiyik. Bir yerdən gəlirimiz yoxdur. 180 manat pul alırıq, bununla çatdıra bilmirik. Əsgər anasıyam, oğlum hərbi xidmətdən əvvəl işləyib bizə kömək edirdi. İndi isə vəziyyətimiz çox ağırdır” – T.Orucova əlavə edib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır
Velosiped və skuterlərlə bağlı yeni təklif: tələbələrə güzəşt edilə bilər