Azərbaycan çempionu “Qarabağ” futbol klubundan ayrılan futbolçu Simeon Slavçevin yeni klubu müəyyənləşib.

“Minval.info”nun məlumatına görə, təcrübəli yarımmüdafiəçi vətəni Bolqarıstanın “Levski” klubu ilə müqavilə bağlayıb.

O, klubla 3 illik sözləşməyə imza atıb.

Qeyd edək ki, S.Slavçev “Qarabağ”ın heyətində olduğu zaman 39 oyun keçirib, 2 qol vurub.