Futbol üzrə Azərbaycan Birinci Divizionunda 16-cı tura yekun vurulub.

Son oyun günündə dörd qarşılaşma keçirilib.

Səfərdə “Şüvəlan”la qarşılaşan “Qarabağ”ın əvəzediciləri inamlı qələbəyə sevinib. “Neftçi”nin əvəzediciləri isə “Turan Tovuz”la səfər matçında darmadağına imza atıb.

“Səbail-2” evdə “Keşlə-2”, “Zaqatala” isə səfərdə “Kəpəz” üzərində qələbə qazanıb.

Birinci Divizion
16-cı tur
22 fevral

Səbail-2 – Keşlə-2 2:1
Qol: Xəzər Mahmudov, 33. Aslan Hüseynov, 82-pen – Emin Quliyev, 12.
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Elman Kərimov, Elçin Məsiyev
Bakı. “Bayıl Arena”.

Şüvəlan – Qarabağ-2 1:3
Qol: Azər İsmayılov, 77 – İsmayıl İbrahimli, 27. Musa Qurbanlı, 59; 72.
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Səbuhi Əmrahov, Nahid Xasıyev.
“AZAL Arena”

Turan Tovuz – Neftçi-2 1:5
Qol: Sənan Qocayev, 61 – Elvin İmanlı, 25; 53. Nihad Qurbanlı, 33. Muxtar Əliyev, 64. Elnur Süleymanov, 76.
Qırmızı vərəqə: Rəhman Daşdəmirov, 86 (“Neftçi-2”)
Hakimlər: Rövşən Rəcəbov, Rahil Ramazanov, Taleh Məmmədov, Nail Nağıyev.
Tovuz şəhər stadionu

Kəpəz – Zaqatala 1:2
Qol: Eltac Mirzəyev, 29 – Kamal Dənziyev, 12. Fuad Bayramov, 85.
Hakimlər: Ziya Nəsirov, Nahid Əliyev, Zöhrab Abbasov, Vüqar Həsənli.
Gəncə şəhər stadionu

Turun digər oyunları:

Sumqayıt-2 – Ağsu 5:0
Zirə-2 – MOİK 2:4
Sabah-2 – Qaradağ Lökbatan 1:0