Rusiya prezidenti Qafqaz və Çeçenistan haqda danışıb.

İslamazeri.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə əsasən, Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, demoqrafiya məsələlərində çeçenləri nümunə götürmək lazımdır: “Çeçenistanda doğum sayı olduqca yüksəkdir və orada yetim yoxdur”.

Bir sahə var ki, biz hamımız burada çeçenlərdən nümunə götürməliyik – bu, demoqrafiya prosesidir. Ümumiyyətlə, Qafqazda, xüsusilə Çeçenistanda, doğum sayı olduqca yüksəkdir. İkincisi, oranın çox mühüm bir cəhəti var – orada atılmış yetim yoxdur”, – Putin bildirib.

O əlavə edib ki, uşaqlara və digər qohumlara qarşı qayğı çeçen xalqının və ümumən Qafqaz xalqlarının üstünlüyüdür.

“Orada, az-çox yaxınlığı olan hər kəs bir-birini qohum hesab edir. Və onlar uşaqlar qarşısında öz məsuliyyətlərini anlayırlar – onların əlindən tutmaq, onlara yardım etmək, onlara təhsil və peşə vermək”, – deyə o qeyd edib.