Prezident İlham Əliyevin adını çəkib tənqid etdiyi dövlət qurumlarının rəhbərləri ilə bağlı durum insanlarda sual yaradır. Onlar vəzifədən çıxarılacaqmı? Eyni zamanda antikorrupsiya əməliyyatı ilə həbs edilmiş Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant Əfqan Nağıyevin ev dustaqlığına buraxılması cəmiyyətdə ciddi müzakirə yaradıb. Korrupsionerlər niyə bir neçə ay sonra azad edilməlidir? General-leytenantın azad edilməsinin kökündə nə dayanıb?

Milli Məclis son üçgünlük toplantısında niyə Qarabağla bağlı çağırış etmədi, müraciət imzalamadı? Deputatlar 14 iyul yürüşündə niyə xalqın qarşısına çıxmadı?

Hazırda verilişin qonağı YAP-çı deputat Elman Nəsirovdur. E. Nəsirov sadalanan suallara aydınlıq gətirməklə yanaşı, ölkə gündəmini də təhlil edir. Müzakirədə dinləyicilərimiz də iştirak edə bilərlər.

Bunun üçün Musavat.com-un Facebook, ya da Youtube səhifələrindən birini bəyənib (like edib), canlı yayına qatıla bilərsiniz.