Polad Bülbüloğlunun ailəsi Moskvada Azərbaycan dilində danışır
Tanınmış aktyor və rejissor Rza Rzayev, xalq artisti Polad Bülbüloğlu ilə bağlı maraqlı bir xatirəsini bölüşüb. O, Polad Bülbüloğlunun Rusiyada səfir olduğu dövrdə baş verən bir hadisəni xatırladıb.
Minval.info xəbər verir ki, Rza Rzayev, 2012-2013-cü illərdə Polad Bülbüloğlunun “Dolu” filminin yaradıcı heyətini Rusiyaya dəvət etdiyini bildirib. Moskvada və digər şəhərlərdə filmin yüksək səviyyədə təqdimatı keçirilib. Bu tədbirdən sonra məşhur bir restoranda yaradıcı heyətin şərəfinə ziyafət təşkil olunub. Ziyafətdə Polad Bülbüloğlu və ailəsi də iştirak edirdi.
Rza Rzayev, Polad Bülbüloğlunun həyat yoldaşı və uşaqlarının Azərbaycan dilində təmiz danışdıqlarını və özlərini çox mütəvazi apardıqlarını vurğulayıb. Onun sözlərinə görə, ailə üzvləri Moskvada rus dilində təhsil alsalar da, evdə yalnız Azərbaycan dilində danışır və milli adət-ənənələrə sadiq qalırlar. Bu, aktyoru çox təəccübləndirib və təsirləndirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım