Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Trend-in məlumatına görə, mayın 2-də qızılın qiyməti mayın 1-i ilə müqayisədə 9,3585 manat azalaraq 1 unsiya üçün 2167,0155 manat təşkil edib.

Gümüş 0,3861 manat ucuzlaşaraq 1 unsiya üçün 24,9784 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 34,6715 manat azalaraq 1471,758 manat, palladiumun qiyməti isə 62,1435 manat azalaraq 2282,9045 manat təşkil edib.

Ad 02.05.2019 01.05.2019
Qızıl XAU 2167,0155 2176,3740
Gümüş XAG

24,9784 25,3645
Platin XPT 1471,7580 1506,4295
Palladium XPD 2282,9045 2345,0480

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.