Oksana Rəsulova azyaşlıya zorakılığa etiraz etdi
Aktrisa Oksana Rəsulova sosial şəbəkə hesabında azyaşlı uşağa zorakılıq göstərildiyi iddia olunan görüntüləri yayımlayıb. O, bu görüntülərdə adı keçən psixoloq Ceyran Muradova ilə bağlı məsələnin araşdırılmasını tələb edib.
Minval.info xəbər verir ki, Oksana Rəsulova aidiyyəti qurumların məsələyə müdaxilə etməsini və düzgün nəticəyə gəlməsini xahiş edib. “Bir vətəndaş kimi sizdən xahiş edirəm, bu məsələni araşdırıb düzgün nəticə əldə edəsiniz”, – deyə aktrisa bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) regional qrupundan verilən məlumata görə, məsələ ilə bağlı Şirvan Şəhər Polis Şöbəsinə müraciət daxil olub və müvafiq araşdırmalar aparılır. “Məsələ ilə əlaqədar aidiyyəti dövlət qurumları ilə birgə zəruri tədbirlər görülür”, – deyə DİN-dən bildirilib.
Qeyd edək ki, videoda adı çəkilən psixoloq Ceyran Muradova ilə əlaqə yaratmaq cəhdləri nəticəsiz qalıb. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım