Novruzda əfv olacaq - Komissiya bu gün ilk iclasa toplaşır
Hər il olduğu kimi, bu il də Novruz bayramı ərəfəsində növbəti əfv sərəncamının imzalanacağı gözlənilir. Konstitusiyaya görə, əfv sərəncamının verilməsi prezident İlham Əliyevin səlahiyyətindədir.
Minval.info xəbər verir ki, bu barədə Modern.az-a Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.
Ə.Nuriyev bu gündən etibarən Komissiyanın iclaslarına start verildiyini açıqlayıb:
“İlk iclas yanvarın 30-da saat 16:00-a nəzərdə tutulub”.
Komissiya üzvü qeyd edib ki, əfv sərəncamının verilməsi ölkə prezidentinin müstəsna səlahiyyətlərinə daxildir:
“Hansı gün əfv imzalanacağını prezident müəyyən edəcək. Amma böyük ehtimalla Novruz Bayramı ərəfəsində əfv olacağını gözləyirik”.
Respublikamız müstəqillik əldə etdikdən bu günə qədər 61 əfv sərəncamı imzalanıb. 7 mindən artıq şəxs bu sərəncamlarla cəzadan azad edilib, yaxud müddətli cəza ilə əvəzlənib. 2003-cü ildən bu günə qədər prezident İlham Əliyev tərəfindən imzalanmış əfv sərəncamları nəticəsində 3700-ə qədər şəxs cəzadan azad edilib. Son illərin təcrübəsinə nəzər salsaq, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə 2016-cı il istisna olmaqla cənab prezident tərəfindən əfv sərəncamları imzalanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır
Velosiped və skuterlərlə bağlı yeni təklif: tələbələrə güzəşt edilə bilər