Nikol Paşinyan Azərbaycanla avtomobil əlaqəsinin bərpasından danışıb
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla avtomobil əlaqəsinin mümkünlüyünü bəyan edib.
Minval.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, bu barədə Gürcüstanın paytaxtı Tbilisidə səfərdə olarkən deyib.
“Artıq Azərbaycan Prezidenti İlham Əliyevlə dəmir yolu əlaqəsi ilə bağlı prinsipial razılaşma var. Söhbət Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun bərpasından gedir. Ümid edirik ki, bu işi 2-3 il ərzində yekunlaşdıracağıq”, – N.Paşinyan bildirib.
ƏLAQƏLİ
Növbəti köç karvanı Ağalı kəndinə çatıb, açarlar sakinlərə təqdim olunub
Onun sözlərinə görə, əldə olunan razılaşmaların gerçəkləşdirilməsi üzərində çalışmaq lazımdır.
Baş nazir həmçinin Azərbaycanla avtomobil yolunun bərpasının mümkünlüyünü də vurğulayıb: “Nəzərinizə çatdırmaq istəyirəm ki, noyabrın 26-da Soçidə Rusiya Prezidenti Vladimir Putin və dekabrın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşlərin yekununda Azərbaycanla avtomobil əlaqəsinin bərpasına dair razılaşmanın əldə olunması imkanı yaranıb”.
Qeyd edək ki, N.Paşinyan Tbilisidə Ermənistan-Gürcüstan hökumətlərarası iqtisadi-ticari əməkdaşlıq komissiyasının iclasında iştirak edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Ağalı kəndinə çatıb, açarlar sakinlərə təqdim olunub
TƏCİLİ! Arayikin qızları Qarabağdan QAÇDI - Necə çıxıblar?
Ermənistan Televiziyası "Artsax" adından istifadə etməyi dayandırdı
Qarabağda erməni aktyorun yüklərini daşıyan “sülhməramlı fəhlə”ləri - FOTO
ABŞ Qarabağda minatəmizləmə işlərinə 2 milyon dollar ayırdı