Nebahat Çehre: "Boşanarkən maşınla vuruldum
Məşhur aktrisa Nebahat Çehre keçmiş həyat yoldaşı Yılmaz Güneylə evli olduğu dövrdə yaşadığı çətin anlardan danışıb. Aktrisa, film çəkilişi zamanı Yılmaz Güneyin onun başına stəkan qoyaraq həqiqi silahla atəş açdığını bildirib. Bu hadisənin ona uzun müddət qorxu və psixoloji travma yaşatdığını vurğulayıb.
Minval.info xəbər verir ki, Nebahat Çehre, münasibətlərini bitirmək istədiyi zaman fiziki zorakılığa məruz qaldığını da açıqlayıb. “Ayrılmaq istədiyimdə də, boşanarkən məni maşınla vurdu” deyə bildirib. Aktrisa, Yılmaz Güneyin silaha və zorakılığa meylinin onun böyüdüyü mühitdən qaynaqlandığını düşündüyünü əlavə edib.
Usta aktrisanın bu sarsıdıcı etirafları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və qısa zamanda ən çox danışılan mövzulardan birinə çevrilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım