“Milli komandanın oyunları üçün bir həftə ərzində uzun yol qət etsəm də, özümü yaxşı hiss edirəm. Yığma üzvü olduğum üçün çox sevinirəm. Bu, normal yükdür, mən formamı qoruyacağam”.

Qol.az-ın Almanya mətbuatına istinadən yaydığı xəbrə görə, bu sözləri millimizin futbolçusu Dmitri Nazarov deyib. İkinci bundesliqa təmsçilçisi “Erzgebrge”nin şərəfini qoyuran oyunçyu UEFA Millətlər Liqasının sonuncu turunda Kosovoya 0:4 hesablı məğlubiyyəti də şərh edib:

“Kosovo ilə matçda qələbə qazanmaq məcburiyyətindəydik. Ancaq ilk dəqiqədən hesabda geri düşdük. İkinci hissədə isə konsentrasiyanı tamam itirdik. Bu, əsəbverici hadisə idi. Artıq növbəti turnirləri gözləməliyik”.

Qeyd edək ki, son turda Kosovoya 0:4 hesabı ilə uduzan millimiz qrupda 2-ci pilləni tutub və turnirlə vidalaşıb.