Şou-biznes əhli aldıqları bahalı hədiyyələr barədə danışıblar.

Lent.az ifaçıların aldıqları hədiyyələr barədə məlumatları təqdim edir.

Müğənni Üzeyir Mehdizadə bildirib ki, getdiyi xarici ölkələrdə çox təkliflər olub: “Ev, orada qalmaq və işləmək. Qəbul edə bilmədim. Azərbaycan adından gedirəm hər yerə, buradan kənarda qala bilmirəm”.

Amil Həsənoğlu isə bu günə qədər 42 maşını olması ilə öyünüb: “Maşınları sevirəm. 36 yaşımda 42 maşınım olub. Birinci maşınım “06” olub. Hazırda 42-cini sürürəm. İndiyə kimi hər şeyi özüm özümə etmişəm”.

Dilarə Kazımovanın itini tapan yaşadı: “Ən bahalı hədiyyə itim idi. Dostlarım deyirdi ki, 1 milyona satacaqsan. Amma dekabrda itib. 12 il yanımda oldu. 3 il sevgili olduğum oğlan bağışlamışdı”.

Günay İbrahimli aldığı bahalı saatdan danışıb: “Toydan sonra bir xanım saat bağışladı. Qiyməti 8 min manat idi. Bahalı brend idi”.

Rəqqasə Fatimə Fətəliyevaya isə hədiyyə verən olmayıb: “Özüm özümə etmişəm və edəcəyəm də”.