Müğənnidən lerik və yardımlıya hədiyyə: İki kəndi birləşdirən yeni yol və körpü
Tanınmış müğənni Xanhüseyn Hüseynov, Lerik və Yardımlı rayonlarını birləşdirən yolun abadlaşdırılması üçün şəxsi təşəbbüs göstərib. O, Lerik rayonunun Gendov kəndi ilə Yardımlının Bilnə kəndi arasında uzun illər yararsız vəziyyətdə olan yolu öz vəsaiti hesabına yenidən qurub.
Minval.info xəbər verir ki, bu iki kənd arasındakı yol əvvəllər yalnız yüksək keçid qabiliyyətli avtomobillərlə keçilə bilirdi. Xanhüseyn Hüseynovun təşəbbüsü ilə yol genişləndirilib və hamarlanıb, beləliklə, avtomobillərin hərəkəti üçün daha əlverişli hala gətirilib. Asfalt örtüyü çəkilməsə də, yolun vəziyyəti əvvəlkindən xeyli yaxşılaşıb.
Ən diqqətçəkən işlərdən biri də Gendov çayı üzərində yeni körpünün tikilməsidir. Bu körpü, iki kənd arasında avtomobillərin hərəkətinə mane olan əsas problemlərdən birini aradan qaldırıb. Bu təşəbbüs, yalnız iki kəndi deyil, həm də Lerik və Yardımlı rayonlarını bir-birinə daha da yaxınlaşdırıb.
Xanhüseyn Hüseynov, 80-90-cı illərdə geniş tanınan “Sən şamsan əgər”, “Mədinə” və digər mahnıları ilə məşhurlaşıb. Oğlu İlham Hüseynov da atasının sənət yolunu davam etdirir. Xanhüseyn Hüseynov, həmçinin JONY adı ilə tanınan müğənni Cahid Hüseynlinin əmisidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım