Qumral: "Otel əxlaqsızlıq yuvası deyil"
Müğənni Qumral, otellərdə istirahət etməyin cəmiyyətdə birmənalı qarşılanmamasına dair fikirlərini açıqlayıb. O, otelə getməyin normal bir istirahət seçimi olduğunu və bunun mənfi mənada dəyərləndirilməsinin doğru olmadığını vurğulayıb.
Minval.info xəbər verir ki, sənətçi həyat yoldaşı ilə birlikdə otellərdə dincəldiyini və bu səbəbdən bəzən tənqid və təhqirlərlə üzləşdiyini bildirib. “Otelə ərimlə gedirəm. Otel əxlaqsızlıq yuvası deyil ki, eyib sayılsın. Gözəl istirahət məkanlarında səviyyəli otellər var. Ailəmlə dincəlirəm, otelə gedirəm, gedəcəyəm də”, – deyə Qumral qeyd edib.
Müğənninin bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilərdən bəziləri Qumralın mövqeyini dəstəkləsə də, digərləri fərqli düşüncələrini ifadə ediblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!