Mehriban Xanlarova işsizlikdən TikTok-da təsəlli tapdı
Əməkdar artist Mehriban Xanlarova TikTok platformasında canlı yayıma başlayaraq, son 9 aydır işsiz olduğunu açıqlayıb. O, bu müddət ərzində yaşadığı çətinliklərdən danışaraq, gələcəyə ümidlə baxdığını bildirib. Aktrisa, “Allaha ümid yaşayıram” ifadəsi ilə izləyicilərinə təsəlli verib.
Minval.info xəbər verir ki, Mehriban Xanlarova ötən ilin noyabr ayında işdən ayrılmaq üçün ərizə yazdığını və bu qərarın teatrda yaşanan qalmaqallarla əlaqəli olduğunu qeyd edib. Daha sonra Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərovun əmri ilə işdən azad edilib.
Bir müddət əvvəl aktrisanın əvvəlki işinə qayıtmaq istəyi ilə bağlı müraciət videosu yayılsa da, Dövlət Akademik Milli Dram Teatrı onun müraciətini qəbul etməyib. Bununla yanaşı, ona digər dövlət teatrlarında iş imkanları və “Teatral Akademiya” layihəsi çərçivəsində ustad dərsləri keçmək təklif olunub. Lakin Mehriban Xanlarova yalnız Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışmaq istədiyini bildirərək, təqdim olunan alternativ təklifləri qəbul etməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Supermarketlərdə işçi çatışmazlığı böhranı dərinləşir
Niyaməddin Musayevin fotoşoplu şəkilləri tənqid olundu
Nikol Kidman qırmızı xalıda şəffaf geyimdə heyrətləndirdi
Hilal Altınbilek atasının vəfatını yuxuda görüb
Elcan Rəsulovun uşaqlıq fotosu maraq doğurdu
Şevket Çoruhtan qızına nişanda motosiklet sürprizi
Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi