Mehman Əhmədli Aydın Xırdalanlının vəfat etməsi xəbərinin dostlarının zarafatı olması barədə yazılanlara münasibət bildirib.

Söz ustadı “Ölkə.Az”-ın əməkdaşı ilə söhbətində bunları deyib: “Elə zarafat olar? Aydın bir az əvvəl evdə vəfat edib. İndi ora gedirik”.

Aydın Xırdalanlı
Aydın Xırdalanlı

Qeyd edək ki, A.Xırdalanlı bir az əvvəl vəfat edib. Bəzi saytlarda meyxanaçının ölüm xəbərinin dostları tərəfindən zarafatca yayıldığı qeyd edilirdi.