"Maşın" şouda iştirak edənlərin tam siyahısı - Adlar
Azərbaycan teleməkanında ən reytinqli layihə hesab olunan “Maşın” realiti şounun növbəti buraxılışı start götürüb.
Minval.info xəbər verir ki, yarışmada iştirak edən məşhurların adları bəlli olub. Onların sırasında əsasən ilk dəfə şouya qatılanlarla yanaşı, bu layihəyə yad olmayan simalar da yer alıb.
Beləliklə, maşın uğrunda mübarizə aparan məşhurların siyahısını təqdim edirik: Nazilə Səfərli (şairə), Ruhəngiz Allahverdiyeva (müğənni), Oktay Kamil (meyxanaçı), Ramil Nabran (reper), Mina Hüseyn (müğənni), Xose Bernardo (teleaparıcı), Ranar Musayev (teleaparıcı), Xəyalə Quliyeva (aktrisa və teleaparıcı), Aysel Nazim (teleaparıcı), Nərgiz Əliyeva (akstrisa), Sərxan Kərəmoğlu (aktyor), Allahverdi Yolçuyev (aktyor), Aydan Axundzadə (teleaparıcı), Dilarə Kazımova (müğənni), Samir Cavadzadə (müğənni), Səmra Rəhimli (müğənni), Taleh Yüzbəyov (video-bloqqer), Mənsur Şərif (vayner).
Qeyd edək ki, realiti şou hər gün saat 22.00-da ATV telekanalında yayımlanacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım