Mahsun kırmızıgül: 'əxlaqsızlığı musiqidə deyil, korrupsiyada axtaraq
Türkiyəli müğənni Mahsun Kırmızıgül, həmkarı Mabel Matizin ‘Ha Leylim’ adlı mahnısına və klipinə qoyulan qadağaya qarşı çıxıb.
Minval.info xəbər verir ki, sənətçi Kiprdə konsert öncəsi jurnalistlərin suallarını cavablandırarkən bu mövzuya toxunub.
‘Əxlaqsızlığı filmlərdə və mahnılarda axtarmayaq. Korrupsiya ilə məşğul olanlar daha təhlükəlidir’, – deyə Kırmızıgül öz narazılığını ifadə edib.
Kırmızıgül, Türkiyənin musiqi sektorunda keyfiyyət problemlərinə də diqqət çəkərək, ‘Yeni nəsil arasında çox yaxşı səslər yoxdur. Türkiyədə 4-5 yaxşı vokalist var. Hazırda bizim kimi oxuyan çox az insan var’, – deyə bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Mabel Matizin ‘Ha Leylim’ mahnısı və klipi ‘ədəbsizlik’ iddiası ilə araşdırmaya məruz qalmışdı. Müğənni daha əvvəl ‘Perperişan’ mahnısı ilə bağlı məhkəməlik olmuş, lakin bəraət almışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım